Türkiyənin İsraildəki fövqəladə və səlahiyyətli səfiri Şakir Özkan Torunlar geri çağırılıb. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, “İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, hücumları davam etdirməsi, humanitar yardımın fasiləsiz və davamlı ölkəyə girişinə icazə verməməsi səbəbindən Təl-Əvivdəki səfirimiz Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya çağırılması qərara alınıb”, - deyə məlumatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.