AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fələstində "dərhal humanitar atəşkəs"ə çağırıldı - Son dəqiqə - IASC

  • + A
  • - A
  • 6-11-2023, 16:12

    Fələstində "dərhal humanitar atəşkəs"ə çağırıldı -


    Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi və humanitar yardım təşkilatlarının da olduğu Təşkilatlararası Daimi Komitə (IASC) İsrailin intensiv hücumlarına məruz qalan Fələstində "dərhal humanitar atəşkəs" çağırıb.

    Azadmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, IASC İsrailin Qəzzaya davam edən hücumları ilə bağlı bəyanat yayıb. Belə ki, bəyanatda Qəzza əhalisinin hamısının mühasirədə olduğu və bu insanların əsas ehtiyaclara çıxışının qarşısının alındığı, bölgədəki evlərin, sığınacaqların, xəstəxanaların və ibadət yerlərinin bombalanmasının qəbuledilməz olduğu bildirilib.

    Qeyd edək ki, bəyanatda Qəzzada hər keçən gün artan ölüm halları səbəbilə "şok və dəhşət" içində olduqları ifadə edilərək, tərəflərin beynəlxalq insan hüquqları çərçivəsində bütün öhdəliklərinə hörmətlə yanaşmaları çağırışı təkrarlanıb və "Təcili humanitar atəşkəsə ehtiyacımız var (Fələstində). Artıq 30 gündür. Bəsdir. Bu, indi bitməlidir" ifadələrindən istifadə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR