Yaxın günlərdə Qəzza üçün böyük miqdarda humanitar yardım göndəriləcək. Azadmedia.az-ın verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərə açıqlamasında bildirib.
Blinken qeyd edib ki, mülki şəxslərin bölgədən təxliyəsi məsələsi də müzakirə edilir.
Həmçinin Blinken türkiyəli həmkarı Hakan Fidanla görüşünün səmərəli keçdiyini də vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Fələstin xalqının yaşadığı dəhşəti anlayır və tez bir zamanda sülhə nail olmaq üçün səylər göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.