İsrail döyüşlər bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyi təmin edəcək. Azadmedia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın anklavı işğal etməmək çağırışlarını şərh edərkən deyib.
Belə ki, “İsrail qeyri-müəyyən müddətə ümumi təhlükəsizlik məsuliyyətini öz üzərinə götürəcək, çünki bunu etmədikdə nə baş verdiyini görmüşük. Təhlükəsizliyə cavabdeh olmadığımız zaman HƏMAS terroru təsəvvür edə bilməyəcəyimiz miqyasda artdı”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.