Səkkiz azərbaycanlı Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə anklavı tərk edib. Azadmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, artıq onların hamısı evə gəlib.
Qeyd edək ki, noyabrın 2-də Qəzza Sərhəd Mühafizəsi Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək 600-ə yaxın insanın adlarını əks etdirən siyahı dərc edib.
Bildirilib ki, mesaja əlavə edilən faylda 400-ü ABŞ vətəndaşı olmaqla 596 əcnəbi və ikili vətəndaşın adları və pasport məlumatları var.
Siyahıya Belçika, Bəhreyn və Hollandiya vətəndaşları, Azərbaycan, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları da daxil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.