Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Deputat Məşhur Məmmədov
Deputat Məşhur Məmmədov Laçında “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda Azərbaycan Dövlət Televiziyasında (AZTV) Hədəf verilişində çıxış edib.
Deputat çıxışında bildirib ki, “Ermənilər 30 il ərzində təkcə siyasi olaraaü yox, həm də ekologiyamıza böyük ziyan vurublar. Ermənilərin vurduğu ziyan təkcə ekoloji ziyan yox, həm də regionda böyük ekoloji fəlakətin yaranmasına yol açıb. Onların təbiətimiz ürərində yürütdüyü ekoloji terror siyasətinə, təbii sərvətlərimizin talanmasına, flora və faunamıza vurduqları zərərə sadəcə baxmaqla keçib getmək mümkün deyil. Əlbətdə ki, bu mənim Laçına ilk gəlişim deyil. Bir neçə dəfə Laçına səfərim zamanı, o nəticəyə gəldim ki, əslində bu torpaqlar erməniyə lazım deyil, dünya siyasi gücləri əlində oyuncaq olan Ermənistan sadəcə Azərbaycan torpaqlarını zəbt etməkdən başqa bir məqsədə qulluq etməyib.”
Deputat M. Məmmədov onu da qeyd edib ki, “Belə bir tədbirin burada keçirilməsində əsas məqsəd, Milli Məclis tərəfindən Laçında Ermənilərin ekologiyamıza vurduğu ziyanla bağlı olaraq atılacaq addımların daha da dəqiqləşdirilməsi, inkişaf yollarının müəyyən edilməsi, görülən işlərin qiymətləndirilməsi, qanunvericilik səviyyəsində burada olan problemlərin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsinin müəyyənləşdirilməsi və icra olunan işlərə qiymətin verilməsi və yoxlanılması kimi hallardır..”