Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqına üzv ölkələrin liderlərinin iyunun 17-də keçiriləcək qeyri-rəsmi şam yeməyinə dəvət olunmayıb.
Azadmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, görüşdə Aİ-də mühüm vəzifələrə namizədlik məsələləri müzakirə olunacaq.
Belə ki, Avropa Komissiyasının prezidentini görüş iştirakçılarının siyahısına daxil etməməyi Aİ Şurasının prezidenti Şarl Mişel təklif edib. Belə ki, Şarl Mişel Ursula fon der Lyayenin ikinci dəfə Avropa Komissiyasının prezidenti təyin edilməsinə mane olmağa çalışır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.