AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Belarus ordusunun döyüş hazırlığı qəfil yoxlanılıb - KİV

  • + A
  • - A
  • 21-06-2024, 15:08

    Belarus ordusunun döyüş hazırlığı qəfil yoxlanılıb -



    İyunun 21-də səhər saatlarında Belarus ordusunun döyüş hazırlığının qəfil yoxlanılması elan edilib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

    Belə ki, tədbirdə Brest və Qomel vilayətlərində - Ukrayna ilə həmsərhəd ərazilərdə keçirilir.

    Həmçinin “Yoxlamaya operativ komandanlıqların hərbi hissələri və bölmələri, xüsusi təyinatlı qoşunlar, raket və artilleriya, hava qüvvələri və hava hücumundan müdafiə qoşunları cəlb olunub. Bu müddət ərzində ümumi istifadədə olan yollarda hərbi texnikanın hərəkəti mümkündür”, - deyə hərbi idarədən bildirilib.

    Qeyd edək ki, hərbi hissələrdə əvvəlki qəfil yoxlama mayın 7-də Belarusda həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR