Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışla bağlı başsağlığı verib.
Azadmedia.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib:
"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşının Cəbrayıl rayonunda baş verən mina partlayışı səbəbindən həlak olması və digər əməkdaşların yaralanması xəbəri bizi kədərləndirdi. Həlak olan ANAMA əməkdaşına Allahdan rəhmət, yaralananlara şəfa diləyirik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.