AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gedin başqa yerə, buranı çəkməyin” - Azyaşlı qızları istismar edən MASAJ SALONLARI - VİDEO - FOTOLAR

  • + A
  • - A
  • 11-10-2018, 10:20

    “Gedin başqa yerə, buranı çəkməyin” - Azyaşlı qızları istismar edən MASAJ SALONLARI - VİDEO - FOTOLAR













    Paytaxt küçələrində avtomobili işıqforda saxlayın kimi bir xanım yaxınlaşıb pəncərədən kiçik bir kağız parçası uzadır və bir çox hallarda onlar yetkinlik yaşına çatmayan qızlar olurlar. ARB TV xəbər verir ki, azyaşlıların svetoforda payladığı kağızlar masaj salonlarının reklamıdır. Ballı, yağlı, köpüklü, hətta 4 əlli masaj. Bu cür masaj salonları adı altında hansı xidmətlərin göstərilməsi bir çoxları üçün sirr deyil. Reklam xarakterli paylaşımların edilməsinə yetkinlik yaşına çatmayan qızların cəlb edilməsi problemin digər tərəfidir. Xətai prospekti və Fəzayıl Bayramov küçələrinin kəsişməsində lentə alınan kadrlarda bu kağızların paylanması açıq aydın görünür. Naməlum şəxslər avtomobillər işıqforda dayanan kimi fəaliyyətə keçir və masaj salonlarının reklam elanlarını sürücülərə təqdim edir. Sürücü: "Görürəm ki, kağız verməyə gəlir, şüşəni qaldırıram". Sürücü: "Aydın məsələdir ki, bu nədir. Düzgün bir şey deyil". Reklam kağızları paylayan şəxs isə bildirir ki, xidmətlər ancaq masajdan ibarətdir. Onun özünü şübhəli aparması bizi bukletin üzərində qeyd olunan telefon nömrəsinə zəng vurmağa həvəsləndirir. Xəttin digər tərəfindən ünvan tam və ətraflı şəkildə izah olunur: Həmin ünvana yollandıq və obyekt barəsində məlumat vermək istəyərkən qarşımıza həmin salonun işçiləri çıxdı: "Başa düşmədim, buranı çəkməyin. Gedin başqa yerə". Maraqlıdır ki, obyektin üzərində onun masaj salonu və ya başqa bir obyekt olması barədə məlumat yoxdur. Hər gün bir neçə yerdə rastlaşdığımız bu mənzərə millət vəkillərini də narahat edir. Özü də daha dərin və qorxulu məqamlarla. Fazil Mustafa - Millət Vəkili: "Şəhərin ortası ilə gedirsən, görürsən, kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib?" Əslində salonların müxtəlif şəxslər vasitəsi ilə özünü reklam etməsində qanuna zidd heç nə yoxdur. Amma fəaliyyət şübhəli olmasa. Yetikinlik yaşına çatmayan uşaqların, xüsusən də qızlıarın bu fəaliyyətə cəlb olunması isə ikiqat təhlükədir. “Gedin başqa yerə, buranı çəkməyin” - Azyaşlı qızları istismar edən MASAJ SALONLARI - VİDEO - FOTOLAR“Gedin başqa yerə, buranı çəkməyin” - Azyaşlı qızları istismar edən MASAJ SALONLARI - VİDEO - FOTOLAR“Gedin başqa yerə, buranı çəkməyin” - Azyaşlı qızları istismar edən MASAJ SALONLARI - VİDEO - FOTOLAR


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR