AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluq Şəkidə iki nəfərin ölümü ilə bağlı məlumat yayıb

  • + A
  • - A
  • Bu gün, 10:02

    Baş Prokurorluq Şəkidə iki nəfərin ölümü ilə bağlı məlumat yayıb

    Şəki rayonunda “Zipline” qurğusundan istifadə zamanı iki nəfərin həlak olması faktı üzrə cinayət işi başlanıb.

    Baş Prokurorluqdan bildirilib ki, sentyabrın 8-də Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla müəyyən edilib ki, Ucal Bayramov və Coşqun Məmmədzadə “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiya olunub. Əsas mexaniki qurğunun kanatdan çıxması və əlavə təhlükəsizlik avadanlığının zədələnməsi nəticəsində hər iki şəxs yerə düşərək həyatını itirib.

    Hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi və digər ekspertizalar təyin olunub.

    Fakt üzrə Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisənin başvermə səbəbləri, qurğunun texniki vəziyyəti və təhlükəsizlik normalarına uyğunluğu araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR