Bakıda bərbərxanada qadına qarşı edilən zorakılıq hərəkətləri ilə bağlı məsələ nazirlik tərəfindən araşdırılır.
Bu barədə Daxili İşlər Nazilrliyinin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, yayılan məlumata görə, hadisə fevralın 12-i saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib. Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlunun olduğu iddia edilən şəxs bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə onu polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.