AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda güclü zəlzələ vaş verib, yaralanan var (VİDEO)

  • + A
  • - A
  • 18-02-2021, 00:11


    İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində baş verən zəlzələ nəticəsində indiyədək 10 nəfər yaralanıb.

    Bunu İranın Təcili Yardım Təşkilatının sözüsü Muctaba Xaledi deyib.

    M. Xaledinin sözlərinə görə, yerli vaxtla 22:05 radələrində baş verən zəlzələ ilə əlaqədar 4 araşdırma qrupu bölgəyə ezam olunub. Bölgədə təcili yardım maşınları hazır vəziyyətə gətirilib.

    Xaledi əlavə edib ki, indiyədək zəlzələnin ölümlə nəticələnməsi haqda məlumat yoxdur.

    Qeyd edək ki, bu gün İranın Kohgiluyə və Buyir-Əhməd vilayətində 5,6 bal gücündə, ocağı 10 km dərinlikdə yerləşən zəlzələ qeydə alınıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR