Dərman-davayla yaşayan, maşında 10 dəqiqə yol gedə bilməyən İgidi Bakıda xəstəxanaya yatmağa yazıblar, 21 günlük. Yaxşı ki, atası İlham diribaş adamdır, tələb edib təcili yardımla gətirib balasını Bakıya. Burda isə həkimlər təəccüb içindədirlər: açıq ürək əməliyyatı keçirən körpənin əlilliyi niyə dayandırılıb? Anadangəlmə olan ürək qüsuru necə ola bilər aradan qalxsın?
Azadinfo.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Həbibə Abdulla özünün feysbuk səhifəsində yazıb.
"Diqqətli dostlar xatırlayar, 4 il əvvəl anadan ürək qüsuru ilə doğulan uşağı 2 aylıq olanda ölüm ayağında Ukraynaya çatdırıb əməliyyat etdirdik. Gecəylə təyyarədən düşən kimi əməliyyata almışdılar, həkimlər geciksə ölə bilər demişdilər.
Ata-anası dedi ki, bu uşağı göydə Allah, yerdə siz həyata qaytardınız, adını da siz qoyun. Uşağı xəstəxanalara gətirib-apardıqca bizdə qalırdılar. Onun oksigen çatışmazlığından dodaqlarındakı, dırnaqlarındakı, ağzında dilindəki göyərməyə baxdıqca ürəyim göynəyirdi, həmişə deyirdim ki, "gözəl balam, sən igidsən bu vəziyyətdə həyata tutunursan!", elə o vəsiləylə də adını İgid qoydum. İgid balam, mənim mənəvi oğlum əməliyyatdan sonra əlillik aldı. Və o əlilliyi Sahil Babayev ləğv edib. Dərman-davayla yaşayan, maşında 10 dəqiqə yol gedə bilməyən İgidi Bakıda xəstəxanaya yatmağa yazıblar, 21 günlük. Yaxşı ki, atası İlham diribaş adamdır, tələb edib təcili yardımla gətirib balasını Bakıya. Burda isə həkimlər təəccüb içindədirlər: açıq ürək əməliyyatı keçirən körpənin əlilliyi niyə dayandırılıb? Anadangəlmə olan ürək qüsuru necə ola bilər aradan qalxsın?
Artıq tükənmişəm, dostlar. O qədər haqsızlıq, ədalətsizlik var ki, nifrət edirəm bu məmurlara! Bu ölkəni vətəndaşlar üçün cəhənnəmə döndərən hər kəsə lənət olsun!", - jurnalist qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.