Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank yerli VLP (Virusa bənzəyən parçalar) bazalı vaksin üçün könüllü olub.
Azadmedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, vaksinin insanlar üzərində sınaqlarının birinci fazasına könüllü olaraq qatılıb.
Nazir Ankara Onkoloji Xəstəxanasında TÜBİTAK COVID-19 Türkiyə Platforması çərçivəsində üzərində iş aparılan VLP bazalı vaksini vurdurub.
“Bu vaksinlə bağlı işlər martın 27-də 36 könüllü ilə başladı. Biz də Hasan Mandalla (TÜBİTAK sədri – red.) əlavə iki nəfər olaraq bu prosesə qoşulduq.
VLP vaksini dünyada innovative qəbul edilən bir peyvənd növüdür. Bu vaksin virusun dörd proteinini nəzərə alaraq hazırlanan peyvənd namizədidir.
Birinci faza könüllüsü olmaq çox vacibdir. Türkiyədə birinci faza çalışmaları vaksində çox baş tutmayıb. İstəyirik ki, bu vaksin təkcə Türkiyəyə deyil, bütün insanlığa faydalı olsun”, - nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.