Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar şəhər ərazisində yaşayan şəhid ailələri və qazilərlə görüşüblər.
Həmin ailələrin hər birini ziyarət edən polis əməkdaşları onlarla həmsöhbət olub, bayram münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıblar.
Görüşlərdə şəhidlərimizin şücaəti və mərdliyi xatırlanıb, qəhrəman övladlarımızın xatirəsinin xalqımız tərəfindən daima əziz tutulduğu qeyd olunub, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmasının təşkil etdiyi diqqətə çatdırlıb.
Ümumilikdə şəhər ərazisində 50-dən artıq ailə ziyarət olunub və gətirilən bayram sovqatları onlara təqdim edilib. Onlar da göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.