AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2 azyaşlı qızın meyiti su kanalından tapıldı

  • + A
  • - A
  • 6-09-2021, 18:32

    2 azyaşlı qızın meyiti su kanalından tapıldı

    Baş Prokurorluğun Mətbuat xidmətindən Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilir ki, sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olmuşdur.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdır.

    Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR