AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sudan qeyri-qanuni istifadələr aşkarlandı

  • + A
  • - A
  • 20-09-2021, 17:21


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Bakı şəhəri Xətai rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
    Azadmedia.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri nəticəsində vətəndaşlar və sahibkarlar tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə olunduğu və sudan qanunsuz istifadə edildiyi aşkar edilib. Xətai rayonu Nazim Şükürov küçəsində yerləşən “Uğur Su” şirkətinin su təchizatı sistemlərinə baxış keçirilərkən içməli su şəbəkəsinə 40 mm diametrli boru ilə qanunsuz birləşmə edildiyi məlum olub. Burada şəbəkədən götürülən su xammal kimi istifadə olunub və qablaşdırılmış su istehsal edilib. Bu, qablaşdırılmış su satışı ilə məşğul olan şirkətlərin içməli sudan qanunsuz istifadə edərək qablaşdırıb əhaliyə satması barədə növbəti faktdır.
    Sudan qeyri-qanuni istifadənin aşkarlandığı növbəti ünvan Neapol küçəsində yerləşən restoran olub. İctimai iaşə obyektinin sahibi texniki şərt alıb müqavilə bağlamaq əvəzinə yaxınlıqdakı yataqxana binasındakı xəttə özbaşına qoşulma edib. Xətai rayonunun Həsən Salmanov küçəsindəki avtoyuma məntəqəsində də qanunsuz qoşulma aşkarlanıb. Eyni zamanda Xətai rayonu ərazisində yeni tikilmiş bəzi fərdi evlərdə də sudan qanunsuz istifadənin qarşısı alınıb. Aşkar edilmiş qeyri-qanuni birləşmələr ləğv edilib və və dəymiş ziyan hesablanıb.
    2021-ci ilin 8 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 11 646, Xətai rayonu üzrə isə 92 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 3 mln 202 min kubmetr, Xətai rayonu üzrə isə 26 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
    Sudan qanunsuz istifadə edən əhalini və sahibkarkarı bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə ilin əvvəlindən qanunsuz istifadə ilə bağlı 185 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR