AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimal bölgəsində leysan xarakterli yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

  • + A
  • - A
  • 25-09-2021, 22:33

    Şimal bölgəsində leysan xarakterli yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

    Milli Hidrometeorologiya Xidmətinin Azadmedia.az-a verdiyi məlumata görə, sentyabrın 25-dən 26-a keçən gecə Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli güclü olacaq, dolu düşəcək.

    Belə hava şəraitinin gecə saat 02:00 radələrindən başlayaraq səhər saat 07:00-dək davam edəcəyi gözlənilir.

    Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

    Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s-dək güclənəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR