AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəqədi və Suraxanı rayonlarında 20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb

  • + A
  • - A
  • 28-09-2021, 20:07


    Bakıda hündürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən bir neçə əməliyyat həyata keçirilib.
    Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Taleh Rəşidov və əmisi oğlu Samir Rəşidov saxlanılıblar. Onların ətraflarında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxsin bu ilin may-sentyabr ayları arasında paytaxtın Binəqədi rayonunda yerləşən 21 hündürmərtəbəli binanın liftlərinin akkumlyatorlarını və əyləc dolaqlarını oğurladıqları məlum olub. Taleh və Samir Rəşidovlar ifadələrində oğurladıqları ehtiyat hissələrini paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını bildiriblər. Həmin metal qəbulu məntəqələrinin də sahiblərinin şəxsiyyətləri müəyyən edilib və onlar istintaqa cəlb ediliblər. Oğurlanan və metal qəbulu məntəqələrinə satılan liftlərin ehtiyat hissələrinin bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Qeyd edək ki, Taleh və Samir Rəşidovların oğurluq etdikləri
    binaların liftlərinə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurduqları məlum olub.
    Suraxanı rayonunda da liftlərin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Hövsan qəsəbəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Böyükağa Hüseynov və qardaşı Nicat tutularaq istintaqa təqdim ediliblər. Onların ümumilikdə qəsəbə ərazisində binaların liftlərinə 3 min manata yaxın maddi ziyan vurduqları məlum olub.
    Qeyd edək ki, saxlanılan zaman qardaşların üzərindən narkotik vasitələr də aşkar olunaraq götürülüb.
    Göstərilən faktlarla bağlı Binəqədi və Suraxanı Rayon Polis İdarələrində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
    Əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildiririk ki, öz fəaliyyətlərini qanunvericiliyinə uyğun şəkildə qursunlar. Oğurluq və ya qeyri-qanuni yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR