AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Marketdə vətəndaşa xarab məhsul satdılar - Gecələr marketlərdə soyuducular söndürülürmü?

  • + A
  • - A
  • 6-10-2021, 14:46


    Vətəndaş Ruhiyyə Ağayeva 5 oktyabrda Binəqədi rayonunda yerləşən Rahat Marketdən camış qatığı alıb uşaqlarına yedirtmək istəsə də, qatıq bankasının ağzını açanda fikrindən vaz keçib. Buna səbəb son istifadə müddəti 12 oktyabr olan qatığın marketdə düzgün saxlanmaması səbəbindən yararsız hala düşməsi olub. Hadisəni Azadmedia.az-a danışan Ruhiyyə xanım bildirib ki, Qardaşlar tərəfdə olan adıçəkilən marketdən qatıq alıb ağzını açanda görüb ki, göy və sarı ləkələr var, qatıq kiflənib. Xanım bir də yol pulu və vaxt itkisi nəticəsində məhsulu geri qaytaracağını bildirib. Məhsulun və çekin şəklini təqdim edərək xatırlatmaq istəyirik ki, əvvəllər də əksər marketlərin gecələr soyuducunu enerjiyə qənaət məqsədilə söndürməsi səbəbindən vaxtı keçmədən məhsulların sıradan çıxması məsələsinə toxunmuşuq. Aydın məsələdir ki, heç bir matket bunu etiraf cəsarətində bulunmayıb. Növbə Rahat Marketindir. Vətəndaş narazılığına səbəb hadisənin səbəblərini eşitməyə hazırıq.
    Elnurə Abuşova




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR