Qida Borusunun Fistulsuz atreziyası (qida borusunun böyük qisminin anadangəlmə olmaması) ilə doğulmuş uşağa yenidoğulan dövrdə uşaq cərrahı Gündüz Ağayev tərəfindən Ezafaqo və Qastrostomiya əməliyyatı icra olunmuşdur.
1 il müddətində mədəyə qoyulmuş rezin boru ilə qidalanan uşaq 1 yaşında növbəti cərrahi əməliyyat üçün Leyla Medical Centerə gətirilmişdir və xəstəyə yenə Rusiya Federasiyasının tibb elmləri doktoru Gündüz Ağayev tərəfindən, bu qüsur zamanı Azərbaycan ilk dəfə olaraq, Qida borusunun əvəzlənməsi əməliyyatı icra edilmişdir: Mədə arxa divararalığından, ürəyin, aortanın və traxeyanın arxasından boyuna çıxarılaraq, qida borusunun ucu ilə birləşdirilmişdir. Doğulandan ağızdan qida qəbul etməyən uşaq əməliyyatdan sonra, 1 ay müddətində qismən ağızdan qisməndə nazik bağırsağa yerləşdirlimiş zondla qidalanmışdır. Udmağı öyrəndikdən sonra ağızdan tam qidalandığına görə nazik bağırsağa qoyulmuş zond xaric edilmişdir. Hazırda vəziyyyəti yaxşıdır. Nəzarətdə saxlanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.