AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb

  • + A
  • - A
  • 18-10-2021, 11:09


    Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, oktyabr ayının 17-də rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsinin ərazisində yaradılan stasionar postda Yevlax rayon sakini Xəyal Babayevin idarə etdiyi “VAZ” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.
    Yoxlama məqsədi ilə avtomobilə baxış keçirilib və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
    Faktla bağlı araşdırma aparılır.  


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR