AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mahir Xəttabın cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir

  • + A
  • - A
  • 19-10-2021, 11:26

    Mahir Xəttabın cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir

    Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) barəsində olan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.
    Bu barədə jurnalistin vəkili Araz Nurməmmədov bildirib.
    Vəkil qeyd edib ki, bu günlərdə müvəkkili Mahir Ələkbərovla onun saxlanıldığı Bakı İstintaq Təcridxanasında görüşüb: "Məhkəmənin müvəkkilim barəsində ədalətli qərar verəcəyinə inanıram. Mahir Ələkbərovla görüş zamanı məhkəmənin onun barəsində verəcəyi qərardan asılı olmayaraq dövlətə, dövlət başçısına olan sədaqəti və güvəninin dəyişməz olduğunu bildirdi. Mahir Ələkbərov sağlamlığında heç bir problem olmadığını və saxlanma şəraitindən razılığını ifadə etdi. Məhkəmənin ədalətli qərar verəcəyinə inandığını dedi".
    Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.
    O, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR