AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hacıqabulda karantin qaydaları pozuldu

  • + A
  • - A
  • 29-10-2021, 19:05

    Hacıqabulda karantin qaydaları pozuldu

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Nəvahı kəndi ərazisində yerləşən "Şahsaray" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia az-a verilən məlumata görə, adı çəkilən şadlıq sarayının inzibatçısı Fariz Cəfərov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.
    Yol verilən qayda pozuntusu ilə bağlı həmin şəxs 4000 manat məbləğində cərimə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR