Rusiyada iki azyaşlı bacı öldürülüb.
AzadMedia.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 05.00 radələrində Tuvanın paytaxtı Kızılın Lopsançapa küçəsində baş verib.
Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir ki, 9 və 14 yaşlı bacılara çoxsaylı xəsarət yetirilib. 9 yaşlı qız hadisə yerində, 14 yaşlı qız isə xəstəxanada ölüb.
Bacıları öldürməkdə şübhəli sayılan Tuva Respublikasının Tes-Xemsk rayonunun 23 yaşlı sakini saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.