AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə oğurluq və dələduzluq edən şəxs saxlanılıb

  • + A
  • - A
  • 15-11-2021, 13:32


    Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş şəhər sakini Elnur Nurəhmədov saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, “Instagram” sosial şəbəkəsində tanış olduğu şəxsə özünü bank işçisi, eləcə də xeyriyyəçiliklə məşğul olan biri kimi təqdim edən E.Nurəhmədov ondan 1450 manat pul alıb. Zərərçəkmişdən aldığı pulla taxıl məhsulları alıb-satacağını, əldə etdiyi gəlirdən isə 1450 manatın qarşılığında ona 2500 manat qaytaracağını vəd edərək aldadıb.
    Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakininin kartından pul oğurladığı da müəyyən edilib. Belə ki, bankomatın qarşısında bir qadın ondan kartında olan pulu çıxarmasını xahiş edib. Kartın balansında 756 manat pulun olduğu görən E.Nurəhmədov qadına guya kartdan pul çıxarmağın mümkün olmadığını bildirib , əvəzində ona istifadə müddəti bitən başqa plastik kart verib.
    Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. E.Nurəhmədovun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və Şəki Şəhər Rayon Polis Şöbəsinin (02424) 4-25-50 şəhər, (055)628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR