AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

  • + A
  • - A
  • 9-02-2022, 07:44

    Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

    El Tiempo-nun məlumatına görə, Kolumbiyanın Dosquebradas şəhərində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb.
    Qonşu Pereyra şəhərinin meri Karlos Maya, "Təəssüf ki, artıq 14 ölü var" deyərək qeyd edib ki, daha 29 nəfər xəsarət alıb. Bir nəfər itkin düşmüş hesab olunur.

    Doskebradas və Pereyra yanğınsöndürənləri hadisə yerində işlərini davam etdirirlər. Sürüşmə baş verən ərazinin yaxınlığında yerləşən 15 evin sakinləri təxliyə edilib.

    Torpaq sürüşməsi şəhərə çərşənbə axşamı, fevralın 8-də güclü yağışdan sonra düşüb. Bir neçə ev torpaq altında qalıb.Daha əvvəl yeddi nəfərin öldüyü bildirilirdi.

    O da məlum olub ki, San-Pauluda güclü yağışlar nəticəsində 18 nəfər ölüb. Bundan başqa, Braziliyanın Bahia ştatında güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələri 24 nəfərin ölümünə, 400-dən çox insanın yaralanmasına səbəb olub.
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR