AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə avtomobil aşdı - yaralılar var

  • + A
  • - A
  • 28-04-2022, 20:20

    Şəkidə avtomobil aşdı - yaralılar var


    Şəki şəhərində bir ailənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    AzadMedia.az report-a istinadən xəbər verir hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, İkinci Biləcik kənd sakini, 1986-ci il təvəllüdlü Elvin Səlim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü 36 yaşlı E.Rəhimov, onun həyat yoldaşı və iki övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Elvin Rəhimovun vəziyyəti orta ağırdır.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR