AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir intihara sövq edən cəzasız qaldı

  • + A
  • - A
  • 23-01-2023, 14:41

    Daha bir intihara sövq edən cəzasız qaldı

    Jurnalist Anar Məmmədov yazır...
    "Təxminən beş ay əvvəl Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırov intiharı ilə bağlı cinayət işinə rayon prokurorluğu xitam verib. Halbuki M.Bağırovun ölümündə əvvəl yazdığı vəsiyyət onun təhdid olunmasına ciddi şübhələr yaradırdı. Məsələn, mərhum həkimin ölümündən bir neçə dəqiqə əvvəl yazdığı məktubda onu ölümə vadar edən şəxsin adını açıqlamışdı: “Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980000 min manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pullarını mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. Məni ölümə İbrahim vadar etdi. Axırda məni ‘bandotdel’ ilə hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi”.
    Bundan başqa, M.Bağırovun adını açıqlanadığımız yaxın adamına yazdığı mesajda İbrahim Teymurov tərəfindən hədələndiyini, evdən bayıra çıxmağa qorxduğunu, başına iş gələrsə günahkarın həmin şəxs olduğunu yazmışdı.
    Müşfiq intihar etməmişdən bir neçə dəqiqə əvvəl İbrahimlə ard-arda iki telefon danışığı olub. Ən dəhşətlisi isə odur ki, Müşfiq boğazında ip özünü selfie edib və İbrahimə göndərib. Onun telefonla boğazında ip çəkilmiş şəklinin selfie və ya başqası tərəfindən çəkilməsi ciddi məqamdır və istintaq bunun üzərindən keçib, heç bir ekspertiza təyin etməyib.
    Məhkəmə psixatrik Ekspertizanın rəyi də Müşfiqin intihara sürüklənməsinə dair rəy versə də, istintaq bu məsələnin üstündən keçib.
    Müşfiqin ölümündən əvvəl İbrahim, Aqşin və Sadir adlı şəxslərlə milyonlarla qeyri-rəsmi pul mübadiləsinə istintaq heç bir hüquqi qiymət verməyib. Hərçənd ki, İbrahim Teymurov və Aqşin mənə açıqlamasında “perevod” məsələsini təsdiqləmişdilər: “Bizim iş birliyi olub, perevod məsələmiz vardı. Rusiyadan texnika gətirməli idim. Mən sahibkaram, kənd təsərrüfatı texnikası gətirib iş görmək istəyirdim. Amma nə üçün vəsiyyətdə mənim adımı yazıb, bu mənə maraqlıdır. O, bunun üçün pül köçürməsi tapmışdı. Sentyabrda pulları götürməli idim, bilmədim pulu ona göndərdilər ya yox, başına nə oyun gəldi, bilmirəm”.
    Yazdıqlarımı sübut edən vəsiyyətin işə aid hissəsini, M.Bağırovun təhdid olunması ilə bağlı mesajı, ekspertizanın rəyini də paylaşıram, özünüz baxıb qiymət verin.
    Xatırladaq ki, M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.
    Bildirilir ki, Müşfiq Bağırov stomatoloq fəaliyyəti ilə yanaşı bizneslə də məşğul olub. Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stamotoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş.
    M.Bağırov 2022-ci il avqustun 21-də “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR