AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Neftçi” Çempionlar Liqası matçında “Olimpiakos”a məğlub oldu

  • + A
  • - A
  • 22-07-2021, 08:29


    “Neftçi” səfərdə Yunanıstanın “Olimpiakos” komandasına 1:0 hesabı ilə məğlub olub.

    Qarşılaşma UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutub.

    Oyunda yeganə qolu 29-cu dəqiqədə Mohamed Kamara vurub.

    43-cü dəqiqədə M.Kamara Namiq Ələskərova qarşı kobud oyuna görə referi tərəfindən birbaşa qımızı kartla cəzalandırılıb.

    Lakin 2-ci hissədə rəqiblərin meydandakı futbolçu sayı eyniləşib: “Neftçi”nin heyətində Mert Çelik oyundan kənarlaşdırılıb.

    Komandalar arasında cavab oyunu 28 iyulda Bakıda keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR