AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Messi “Barselona”dan rəsmən ayrıldı

  • + A
  • - A
  • 5-08-2021, 22:15


    Lionel Messi "Barselona"dan ayrılıb.

    "Azadmedia.az" xəbər verir ki, Kataloniya klubu bu barədə məlumatı rəsmi saytı vasitəsilə açıqlayıb.

    Məlumata görə, tərəflər yeni müqavilə imzalamaqla bağlı razılığa gəlsə də, bu, maliyyə məsələlərinə görə rəsmiləşməyib.

    Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edib. Leo Kataloniya klubunun heyətində keçirdiyi 778 oyunda 672 qol vurub, 305 məhsuldar ötürmə verib, 35 kubok qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR