Azərbaycan Vahid Döyüş Sənətləri Mərkəzinin prezidenti Cahid Quliyevin göstərişi ilə Mərkəzin 25 nəfərə yaxın idmançısından ibarət heyəti Qusar şəhərində təşkil olunmuş təlim məşq toplatısında iştirak edir.
Sözügedən təlimin məqsədi mövcud Mərkəzi inkişaf etdirmək, idmançıların daha da təcürbəli olmasına nail olmaq və qarşıdakı yarışlara hazırlıqlı olmasından ibarətdir.
Təlim məşqləri dünya və Avropa çempionu Sərhəd Quliyev tərəfindən aparılır. Fəallıq göstərən idmançılara sonda sertifikatlar təqdim olunacaq.