AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəldi

  • + A
  • - A
  • 6-11-2021, 20:20

    Azərbaycanın sərbəst güləşçisi yarımfinala yüksəldi


    Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

    AzadMedia.az xəbər verir ki, 6-cı yarış günündə İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) qüvvəsini sınayıb. Abubakr Abakarov (86 kq) səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

    Vəlizadə ilk görüşündə Fransa təmsilçisi Arman Eloyana uduzub. Bayramov təsnifatda ukraynalı Vadim Kirilenkoya qalib gəlsə də, 1/8 finalda rusiyalı Çermen Valiyevlə bacarmayıb.

    Nurməhəmmədov isə ardıcıl olaraq moldovalı Andrian Qrosul və almaniyalı Yohannes Mayer ilə dueldən qalib ayrılaraq, yarımfinala yüksəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR