Azərbaycan milli komandasının qılıncoynadanı Polina Kaspiaroviç Tbilisidə keçirilən “Satellite” seriyalı turnirdə bürünc medal qazanıb.
Qılıncoynadan qrup mərhələsində beş qələbə qazanıb, 1/8 finalda isə trekin sahibi Aleksandra Kuvaevaya (15:6) qalib gəlib.
Daha sonra Kaspiaroviç Əlcəzair təmsilçisi Nora Kehiyə (15:7) qalib gələrək yarımfinala yüksəlib və bununla da özünü bürünc medalla təmin edib.
Polina yarımfinalda əvvəlki mərhələlərdə Azərbaycan millisinin digər qılıncoynadanları - Səbinə Kərimova və Anna Baştaya qalib gələn gürcü Lika Jijeişviliyə (10:15) uduzub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.