AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan qılıncoynadanı Avropa çempionu oldu

  • + A
  • - A
  • 20-06-2022, 09:00

    Azərbaycan qılıncoynadanı Avropa çempionu oldu


    Bu gün Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

    Bu haqda Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.

    Bildirilib ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran milli komandamızın lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib.

    Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib.

    1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalıb gələrək finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.

    Digər təmsilçilərimizdən Səbinə Kərimova və Palina Kaspiaroviç Avropa çempionatının 1/8 finalında mübarizəni dayandırıb. Valeriya Bolşakova isə 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə uduzub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR