AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ" İB ZİRƏ SAHİBKARLARININ PROBLEMİNİ DİNLƏYƏCƏK

  • + A
  • - A
  • 20-09-2021, 15:39


    “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Bakının Zirə kəndində təşkil olunacaq. İstehlakçıların tərəvəz məhsullarına olan təlabatının əhəmiyyətli hissəsini öz üzərinə götürən bu kəndin istixana sahiblərinin problem və təklifləri dinləniləcək. Azadmedia.az xəbər verir ki, “Səyyar qəbul otağı” sentyabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. Əsas məqsəd sahibkarlıq subyektlərinin daha rentabelli olmasını, daha rahat işləməsini, daha dayanıqlı olmasını təmin etməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR