AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HÖVSAN SAHİBKARLARI “AÇIQ MİKROFON” AKSİYASININ İMKANLARINDAN YARARLANIB

  • + A
  • - A
  • 1-10-2021, 18:12


    "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. İş adamlarının müraciətlərinə vaxtında baxılır və lazımi tədbirlər görülür. Azadmedia.az xəbər verir ki, bu məqsədlə Bakının Hövsan qəsəbəsində quşçuluq, istixana sahiblərinin problem və təkliflərini dinləmək üçün növbəti “Açıq mikrofon” aksiyası baş tutub. Aksiyada Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin nümayəndəsi Adil Əhmədov sahibkarları maraqlandıran sualları cavablandırıblar. “Səyyar qəbul otağ”ının imkanlarından sahibkarlarla yanaşı, qəsəbə sakinləri də yararlanıblar. Vətəndaşlar fərdi yaşayış evlərinin qazlaşdırılmasını Birliyin rəhbər şəxslərindən xahiş ediblər.
    Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 18-cidir. İndiyədək təşkil olunan 17 aksiyanın 3-ü tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə, digər 14-ü isə Bakı və Bakıətrafı qəsəbələrdə, həmçinin ayrı-ayrı regionlarda vətəndaşların iştirakı ilə keçirilib. Təşkil olunan aksiyaların hər biri müsbət istiqamətdə həllini tapıb.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR