Quş əti və yumurta məhsullarında qiymət artımı varmı? Bütün dünyada anonsu verilən ərzaq böhranı bu sektora nə dərəcədə təsir edəcək? Azadmedia.az “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli ilə əhalini narahat edən bu suallara aydınlıq gətirdi.
Sosial şəbəkələrdə ərzaq məhsullarının qiymətlərinin az qala hər gün artması ilə bağlı məlumatlar oxuyuq. Bu gün qiymət artımında səslənən ərzaqlar arasında toyuq və yumurtanın olması ilə də bağlı məlumat var. Əslində vəziyyət necədir? Suallarımıza cavab tapmaq üçün Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət müəllimlə əlaqə saxladıq. Mürvət Həsənov Azadmedia-nın sorğusuna cavab olaraq bildirdi ki, toyuq əti məhsullarının qiyməti qalxmayıb, əksinə Cənab Prezident İlham Əliyevin soya paxlasına ƏDV-ni ləğv etdikdən sonra qiymətlərdə 6-7 faiz azalma var. Amma yumurtanın qiymətində artım var. Avqust ayından etibarən kənd toyuqlarının yumurtaması azalır, o üzdən yumurtaya tələbat artır. Amma qiymətin qalxması tələbatla deyil, yemlərin qiymətlərindəki artımla bağlıdır: "Əvəllər qarğıdalının tonunu 320 manata alırdıqsa, hazırda bu rəqəm 820-dir. Soya paxlası 900 manatdan 1600 manata qalxmışdı, cənab İlham Əliyevin soya paxlasından ƏDV-nin ləğv edilməsi qərarından sonra hazırda qiymət 1300 manatdır. Buğda 280 manatdan 600-ə, bitki yağı 1600-dən 4200 manata çatıb".
Öyrəndik ki, aprel ayında 38-40 manat olan
bir səbət yumurta (səbətə 360 yumurta daxildir-müəl.) hazırda 46-48 manatdır. Maya dəyəri isə 48-50 manat arasındadır.
Anbarlarda yumurtanın bol olmasını deyən Mürvət müəllim səslənən böhran anonsunun yumurtaya aid olmayacağını bildirdi. Assosiasiya sədri bildirdi ki, hazırda yumurta istehsalı 130 faizdir. 3 mln 600 minə tələbat olsa da, istehsal 5mln 100 mindir.
İxracla bağlı öyrəndik ki, Qətərdə, İraqa yumurta ixrac edilir, gələcəkdə Rusiya İsrail və Səudiyyə Ərəbistanında da ixrac mümkün olacaq.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.