Bu gün Kiyevə səfər edən İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya 55 milyon avroluq yardım paketi ayrıldığını açıqlayıb.O, Ukrayna parlamentində çıxışı zamanı yeni paketi açıqlayıb. Azadmedia.az xəbər verir ki, bu barədə El Mundo qəzeti xəbər verir.
Pedro Sançes izah edib ki, Ukrayna Dünya Bankı vasitəsilə 51 milyon avro alacaq. Bu vəsaitlər Ukrayna şirkətlərinə, kiçik və orta biznesə dəstək məqsədi daşıyır. Daha 4 milyon avro isə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı vasitəsilə ölkə məktəblərinin ekoloji cəhətdən təmiz enerji sistemi ilə təchiz edilməsi üçün Kiyevə göndəriləcək.
Bundan əlavə, Pedro Sançes hərbi yardım göndərildiyini açıqlayıb. Belə ki, İspaniya dörd Leapard tankı, zirehli personal daşıyıcısı, cərrahi avadanlıqlarla təchiz olunmuş portativ səhra xəstəxanası göndərəcək.
Ukrayna Prezidenti Vladimir Zelenski deyib: “Mən İspaniyaya və sizə, senor Sançesə, Ukraynaya təhlükəsizlik baxımından göstərdiyiniz köməyə görə çox minnətdaram”. O, həmçinin İspaniyanın münaqişə başlayandan bəri on minlərlə ukraynalı qaçqını qəbul etdiyinə görə Pedro Sançesə təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.