AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi

  • + A
  • - A
  • 25-01-2019, 09:36

    Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi















    Tanınmış jurnalist Səfurə Çərkəzqızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsində ictimaiyyətlə əlaqələr şektorunun müdiri təyin edilib.

    Qaynarinfo xəbər verir ki, məlumatı xəbəri nazirliyin İctimaiyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı da təsdiq edib.

    Qeyd edək ki, Səfurə Çərkəzqızı 1997-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 90-cı illərdən jurnalist kimi fəaliyyətə başlayıb. “P.S. Gənclik”, “7 Gün”, “Rezonans”, “Həftə içi ” qəzetlərində, “Lider” , ARB televiziyalarında çalışıb. Nazirlikdəki təyinatdan öncə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində məsləhətçi kimi işləyib. O, jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğuldu. “And olsun atlara!” və “Sevdalılar ” adlı kitabların müəllifidir. 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR