AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Rəmiş oğlunun dəfninə belə gəlmədi" - Keçmiş xanımı ilk dəfə danışdı

  • + A
  • - A
  • 9-02-2021, 18:43


    "Rəmişlə 1979-cu ildə ailə qurmuşuq. El adəti ilə yox, götürüb qaçıb. Bir il sonra oğlumuz doğuldu, Rəmiş atasının adını - Hüseyn qoydu. Rəmişin ilk nikahdan iki qızı var, oğlumla onları görüşdürürdü".
    Bu sözləri Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ikinci həyat yoldaşı Arzu xanım "Elgizlə izlə" proqramına açıqlamasında deyib. O bildirib ki, Rəmiş hazırki xanımı Gülü ilə ailə qurduqdan sonra oğlundan imtina edib:

    "Rəmişlə dava ilə ayrılmamışıq, mənə hörmət edirdi. Aramızda 14 yaş fərq var. Tez-tez gedirdi, həftələrlə qayıtmırdı. Bir dəfə getdi, qayıdanda anam dedi ki, gəlmə. Dəfələrlə gəlirdi, oğlunu görürdü. Övladım da deyirdi, atam bizimlə qalsın. Ehtiyat edirdim, pis vərdişləri var idi. Özüm vəzifədə işləyirdim, imkanım var idi. Bir gün Hüseyn geyindi getdi ki, atam verilişə çəkiləcək gedirəm. Rəmişə deyiblər Hüseyn gəlib. Gülü onların görüşməyinə narazıçılıq etmişdi. Hüseyn də küsdü. Sonra həbsxanaya düşdü, çıxdı. 2013-cü ildə Hüseyn rəhmətə getdi. Böyük qardaşı Vaqif Amerikadan Hüseynin dəfninə gəldi, amma Rəmiş özü gəlmədi.

    İndi xəstədir, övladlarından halallıq almalıdır. Hüseyn kimi oğulu danmaq Allah yanında günahdır. Rəmişlə Gülü elə odlu-alovlu danışır ki... Sən necə arvaddan qorxasan ki, 33 yaşlı oğlun rəhmətə gedə, bir dəfə məzarını ziyarət etməyəsən".axşam.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR