...Gecənin məhrəm üzünə
gün olan bilir mən kiməm.
...baxdığı güzgülər göynən
tən olan bilir mən kiməm.
...Biləndə göy enib...gedən,
əyninə geyinib gedən,
özündən geniyib gedən-
gen olan bilir mən kiməm.
...Bilməyənlər atam, bilməz!
Fəryadam mən, dadam...bilməz.
...mən kiməm hər adam bilməz,
mən olan bilir mən kiməm.
Paşa Talıblı ( Dərviş Paşa)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.