Hamının xətti arxalı-
analı-atalı xətdi.
...başım da xatalı başdı,
xəttim də xatalı xətdi.
...Xəzər - xəbər agentliyi
xəlvəti xəbər yayırdı.
...xırd - xəşil, xəcil mövzular
fikrimi mətndən ayırdı.
...xəmir xəngəlinə döndü-
nə bilim, qarağat oldu.
Eh, bu da şer olmadı,
üçcə bənd qara xətt oldu!..
***
...qarşı yatan qara dağın
ləngərlənən ağ çəniyəm.
...uçub gedən vaxt quşunun
dimdiyində son dəniyəm.
...bir gün ocağım kül tutdu,
bir gün qucağım gül tutdu!
...haqq bildi — mənnən əl tutdu!
Haqq bilir, haqqın yönüyəm...
...varıydım — köçdən gəlirəm!
...yoxuydum —heçdən gəlirəm!
...mənadan, içdən gəlirəm!
Mənayam, məna "mən"iyəm...
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.