AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir neçə gün öncə Şuşada musiqiləri səslənən bəstəkarımız ÖLDÜ

  • + A
  • - A
  • 26-09-2021, 22:00

    Bir neçə gün öncə Şuşada musiqiləri səslənən bəstəkarımız ÖLDÜ


    Əməkdar incənəsət xadimi, bəstəkar Adil Bəbirov vəfat edib.

    Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.

    O, bəstəkarın Kanadada, bu gün vəfat etdiyini bildirib:

    "Bizim onunla uzun illər əlaqəmiz yox idi. Orada qocalar evində yaşayırdı. Elə orada da dünyasını dəyişib. Hər halda elə Kanadada da dəfn olunar. Yeri gəlmişkən bir neçə gün əvvəl yekunlaşan 13-cü Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında onun da əsərləri səsləndirildi".

    Qeyd edək ki, A.Bəbirov 1934-cü ildə anadan olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR