AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova Zəfər haqqında fikir və düşüncələrini bölüşüb

  • + A
  • - A
  • 28-10-2021, 13:01

    II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova Zəfər haqqında fikir və düşüncələrini bölüşüb

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.
    Növbəti videoçarxda Ağdama səfər etmiş rayon sakini, II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradova fikirlərini bölüşüb. Gənc xanəndə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində ata-baba torpaqlarımızın azad olunmasından, möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşüb: “Prezidentimiz sağ olsun. Onun siyasəti və əzəmətli gücü sayəsində doğma torpaqlarımızdayıq. Kəndimizi elimizi obamızı ziyarət etdik. Qürürluyuq, amma bu sevinc hisslərimizin yanında hər zaman addımlayan şəhidlərimizin acısı bizimlədir”.

    https://www.youtube.com/watch?v=Bc4iwHJ8dJg


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR