BMT Baş Assambleyası cümə axşamı, saat 10:00-da İsrail-Fələstin gərginliyi ilə bağlı toplanacaq.
Bu barədə BMT Baş Assambleyasının prezidenti, 75-ci Sessiyasının sədri Volkan Bozkır tvitter hesabında paylaşım edib.
O bildirib ki, Fələstin torpaqlarındakı dəhşətli vəziyyəti müzakirə etmək üçün iclas çağırır.
İclas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) BMT-dəki təmsilçiliyinin sədri olan Nigeriyanın BMT-dəki Nümayəndəliyi və Ərəbdilli ölkələr Qrupunun BMT-dəki nümayəndəliyinə sədrlik edən Əlcəzair missiyasınnın rəsmi məktubu əsasında baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.