AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təxribat kampaniyaları ilə bu xalqın birliyini heç kim poza bilməz

  • + A
  • - A
  • 20-09-2021, 10:14


    İranın dini liderlərlərindən biri Ərdəbil şeyxi deyib ki, İran aslandır, quyruğu ilə oynamayın. Bu təhdid mesajı onu göstərir ki, İran aslandır, tülküdür, nədir bilmirəm, amma quyruğu Ermənistandır. Azadmedia.az xəbər verir ki, bu şərhi beynəlxalq münasibətlər üzrə ekspert Elmar Hüseynov şəxsi facebook səhifəsində verib. E.Hüseynov bildirib ki, rəsmi Bakının Qarabağda təhlükəsizlik tədbirləri ilə bağlı Gorusda gömrük qurması və İran ərazisindən Ermənistana göndərilən yükləri nəzarətə götürməsi İranı möhkəm qıcıqlandırıb. İranın Araz çayı ətrafında güc göstərisi nümayiş etdirməsi, hər ehtimal artıq bu ölkənin halqasının daralmasına qarşıdır. Bölgədə hazırda söz sahibinə çevrilən Azərbaycanla bu cür təhdid dili ilə danışılması İranın gələcəyi üçün fəlakətlə nəticələnə bilər. Çünki bölgədə Azərbaycan artıq tək dövlət, tək güc hesab olunmur. Azərbaycan ətrafında Türkiyə, Pakistan hərbi İttifaqının, İsrail tərəfdaşlığını, həmçinin illərdi İranla müharibə vəziyyətində olan ABŞ-ın da bu tərəfdaşlığa qoşulacağını nəzərə alsaq, İranın artıq bölgədə təklənmiş ölkəyə çevrildiyini görərik. Ancaq bu vəziyyətdə qarşılığın yaranması heç də ürəkaçan deyil. Çünki İranda yaşayan Cənublu soydaşlarımızın ayağa qalxması Qərbi Zəngəzur yolu açılmadan öncə İranın qorxulu yuxusunun gerçəkləşməsi olar. Bu zaman Qərbi Zəngəzur yolundan əlavə Cənubi Azərbaycan ərazisindən gömrüksüz, rahatlıqla istifadə edə bilərik.

    Bütün bu hadisələr konseptində bu gün Meydan TV-də ölkəmizdə talışlara qarşı ayrıseçkilik edilməsi barədə reportajın hardan qaynaqlandığını müəyyən etmək və məqəsədini anlamaq o qədər çətin deyil. Ölkədəki birliyi məhv etmək, təxribatlar yaratmaq kimə lazımdır? Əlbəttə bu işdə molla barmağının olduğu ortaya çıxır, - deyən ekspert əlavə edib ki, Avropada oturub, İranın aftafasına suyu yalnız Meydan TV tökə bilərdi ki, bunu da etdi. Çünki bütün dünya ölkələrinin beynəlxalq aləmdə multukultural ölkə kimi qəbul etdiyi Azərbaycanda bütün xalqların nümayəndələri bərabər hüquqa malik olmaqla, bir birlərinə müəyyən tellərlə bağlıdırlar. Qohumluq, dostluq və 44 günlük Qarabağ müharibəsində qardaşlıq münasibətində olan xalqların birliyini pozmaq yalnız özünü Azərbaycana düşmən bilən ölkəyə lazımdır.
    Təbii ki, belə gic-gic təxribat kampaniyaları ilə bu xalqın birliyini heç kim poza bilməz. Çünki Azərbaycan müzəffər ordusu olan, qüdrətli bir ölkədir!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR