AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Kəlbəcərdə təxribat törətdi - Atışma davam edir

  • + A
  • - A
  • 13-11-2021, 19:20

    Ermənistan Kəlbəcərdə təxribat törətdi - Atışma davam edir


    Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR