AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaponiya Mərkəzi Bankı Ukraynanın yenidən qurulması üçün böyük vəsait ayırıb

  • + A
  • - A
  • 21-09-2023, 16:46

    Yaponiya Mərkəzi Bankı Ukraynanın yenidən qurulması üçün böyük vəsait ayırıb

    Yaponiya Mərkəzi Bankı Ukraynanın yenidən qurulması üçün böyük vəsait ayırıb.


    Növbəti Biznes Forumun Bakıda keçirilməsi planlaşdırılır.


    Bu gün İstanbulda Yaponiyanın Türkiyədəki səfirliyi, Yaponiya Beynəlxalq İnkişaf Agentliyi (JİCA) və Yaponiya Xarici Ticarət Təşkilatının (JETRO) dəstəyi və “Yanmar Türkiyə”nin baş sponsorluğu, Ukrayna Ticarət və Sənaye Palatasının, həmçinin Ukraynanın Türkiyədəki səfirliyi, Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğunun iştirakı ilə Forum keçirilib.

    Forum çərçivəsindəki görüşdə “Mitsubishi Corp”, “Marubeni Corp”, “Sumitomo Corp”, “Yanmar”, “İtochu Corp”, “Sojitz Corp”, JBIC, JETRO, JICA и “Mitisu” kimi şirkət və təşkilatlar da yer almışdı.

    İmzalanan bəyannaməyə əsasən, Türkiyə və Yaponiya müharibə bitdikdən sonra Ukraynanın bərpası üçün əməkdaşlıq edəcək.
    Əməkdaşlıq çərçivəsində, Ukrayna konsulu Mehrəli Qasımov Türkiyə və Yaponiya nazirlərinin görüşü zamanı xüsusi layihələr haqqında qısa məlumat verib.
    Eyni zamanda Ukrayna İnfrastruktur nazirinin müavini Oleksandr Butenko, Ukrayna Ticarət Palatasının prezidenti Gennadiy Chijikov, Türk Ukrayna biznes assosiasiyasinin prezidenti Burak Pehlivan, Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar, Yaponyanın Ankaradakı səfiri Takahiko Katsumatanın da forum zamanı həm şəxsi, həm də üztərəfli biznes danışıqları baş tutdu.
    Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada paytaxt Kiyev başda olmaqla, ölkənin bir çox şəhərlərində infrastruktur məhv edilib. Ukraynanın yenidən qurulması Türkiyə və Yaponiya şirkətlərinin əməkdaşlığı üçün böyük fürsətdir.
    Forumda əsas mövzu və məqsəd türk podratçılarının sahibkarlıq bacarıqlarını və təcrübəsini təkmilləşdirmək üsullarının tətbiqi, yerli bazar biliklərini Yaponiyanın maliyyə imkanları və texnologiyaları ilə birləşdirərək mühüm layihələr həyata keçirməkdir.

    Hər üç ölkə iqtisadiyyatı üçün xeyirli olsun !






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR